"Qeyri-qanuni immiqrasiya ilə mübarizə çərçivəsində Türkiyə Silahlı Qüvvələri sərhəddə, Jandarma Xüsusi Hərəkat və sərhəd bölgəsində Polis Xüsusi Hərəkat qrupları, immiqrant qaçaqmalçılarına və qeyri-qanuni miqrantlara qarşı əməliyyatlarını davam etdirir. Türkiyənin Van vilayətində 1-10 yanvar tarixləri arasında həyata keçirilən əməliyyatlar zamanı 677 qeyri-qanuni miqrant yaxalanıb, qaçaqmalçı olduqları müəyyən edilən 11 şübhəli isə həbs edilib".

İqtisadiyyat.az xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.

Məlumata görə, mühacir qaçaqmalçılığı ittihamı ilə saxlanılan 24 şübhəlidən 11-i həbs edilib, 3-ü məhkəmə nəzarəti şərti ilə sərbəst buraxılıb, digərlərinin isə əməliyyatları davam etdirilir.

Qeyri-qanuni miqrantlar da Van Regional Miqrasiya İdarəsi Geri Dönüş Mərkəzinə təhvil verilib.

Əməliyyatlar zamanı həmçinin 9 avtomobil ələ keçirilib.