Dünyada koronavirusa yoluxanların sayı 8,5 milyon nəfəri ötüb.

Bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.

ÜST-ün məlumatına görə, son sutkada dünyada koronavirusa 138 mindən çox yoluxma aşkar edilib.

Təşkilat qeyd edib ki, ötən gün dünyada daha 6271 nəfər COVID-19-dan ölüb. Koronavirusdan ölmüş pasiyentlərin ümumi sayı 456 min 973 nəfər təşkil edir. Təhlükəli virusun aşkarlandığı 213 ölkə və bölgədə COVID-19-a 8525042 nəfər yoluxub.redaktor.az