Dünyada koronavirusa yoluxanların ümumi sayı 9,2 milyon nəfəri ötüb.

Bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bildirib.

Təşkilatın məlumatına görə, dünyada ötən gün ərzində təhlükəli virusdan 5 336 ölüm aşkar edilib. Bununla da koronavirusdan ölən pasiyentlərin ümumi sayı 479 133 nəfər təşkil edir.

Son sutkada dünyada COVID-19-a 167 mindən çox yoluxma qeydə alınıb. Bununla da pandemiya ərzində koronavirusa yoluxanların sayı 9 296 202 nəfərə çatıb. 

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.report