Dünyada koronavirusa yoluxanların ümumi sayı 9 milyon nəfərə yaxınlaşır.

Bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bildirib.

ÜST-ün məlumatına görə, son bir gündə dünyada COVID-19-a 133 mindən çox yoluxma aşkar edilib.

Təşkilat qeyd edib ki, ötən sutkada təhlükəli infeksiyadan daha 3847 ölüm qeydə alınıb. Koronavirusdan ölən pasiyentlərin ümumi sayı 469 min 587 təşkil edir.redaktor.az