"Qalatasaray" klubunun formasını geyinən ispan ulduzun iki diplomu var. Mata Madriddəki "Camilo Jose Cela" universitetində idman elmi və marketinq üzrə təhsil alıb.

İqtisadiyyat.az futbol dünyasında ali təhsilli futbolçuların və baş məşqçilərin siyahısını təqdim edir.

 

1) SOKRAT | Braziliya futbolunun əfsanəvi adlarından biri olan Sokrat ləqəbini məşhur filosofdan götürüb. 2011-ci ildə vəfat edən Sokrat, Faculdade de Medicina de Ribeirao Preto-nu bitirmiş tibb həkimi idi. Sokratın fəlsəfə doktoru da var idi.

2) CERARD PİKE |  "Barselona"nın uğurlu müdafiəçisi biznes dərəcəsi ilə yanaşı, dünyanın aparıcı universitetlərindən biri olan Harvardda media və idman üzrə magistr təhsili alıb.

3) SLAVEN BİLİÇ |  Bir müddət “Beşiktaş”ı da çalışdıran Xorvatiya millisinin keçmiş ulduzu Slaven Biliç Split Universitetinin hüquq fakültəsini bitirib.

4) VİNSENT KOMPANİ |  Universitet həyatını iqtisadiyyat məzunu kimi başa vuran Vinsent Kompani həm də "Alliance Manchester Business School"da MBA dərəcəsini alıb.

5) Giorgi Çellini |  2010-cu ildə Turin Universitetinin İqtisadiyyat və Ticarət fakültəsini bitirən Giorgi Çellini bununla kifayətlənməyərək həmin universitetdə biznesin idarə edilməsi üzrə magistr təhsilini başa vurub.

6) SIMON MİNYOLE |  "Liverpul"un sabiq qapıçılarından biri olan Simon Minyole Belçikanın Leuven Katolik Universitetinin siyasi elmlər fakültəsini bitirib.

7) MANUEL PELLEQRİNİ |  Dünya futbolunun ən önəmli məşqçilərindən biri olan Pelleqrini 1979-cu ildə Çili Papa Katolik Universitetinin inşaat mühəndisliyi fakültəsini bitirib.  Xatırladaq ki, Pelleqrininin ləqəbi “mühəndisdir”.

8) DENİS BERKAMP |  "Arsenal"ın və Hollandiya Milli Komandasının əfsanəvi adlarından biri olan Dennis Berkamp Bat Universitetinin maşınqayırma fakültəsini bitirib.

9) ANDREY ARŞAVİN |  Rusiya futbolunun son dövrlərdə gündəmə gətirdiyi ən önəmli adlardan biri olan Andrey Arşavin Sankt-Peterburq Universitetində moda dizaynı üzrə təhsil alıb.

10) DİDYE DROQBA |  Son illərin ən önəmli qolçularından olan və bir müddət “Qalatasaray”da da çıxış edən Didye Droqba Men Universitetində mühasibatlıq təhsili alıb.