2024-cü ilin yanvar-aprel aylarında “Unicapital İnvestisiya Şirkəti”nin “Bakı Fond Birjası”nda apardığı əməliyyatların həcmi 1480 əqd üzrə 1,11 milyard manat təşkil edib. 

İqtisadiyyat.az-ın hesablamasına görə, investisiya şirkətinin birja əməliyyatları son bir ildə 4% və ya 50,6 milyon manat azalıb.

Belə ki, 2023-cü ilin eyni dövründə “Unicapital”ın dövriyyəsi 1,16 milyard  manat təşkil edib.

Qeyd edək ki, “Unicapital” bu ilin ilk dörd ayında BFB-də dövriyyəsi ən çox azalan investisiya şirkətidir.

İnvestisiya şirkətinin birja əməliyyatlarının 601 milyon manatı repo, 180,9 milyon manatı dövlət qiymətli kağızlarının, 50,9 milyon manatı Mərkəzi Bankın istiqrazlarının, 278 milyon manatı korporativ istiqrazların payına düşüb. İnvestisiya şirkəti səhmlər üzrə aprel ayında hər hansı əməliyyat icra etməyib. 

 Xatırladaq ki, “Unicapital İnvestisiya Şirkəti” 2007-ci ildə yaradılıb,şirkətin 100% səhmdarı “Unibank”dır.