Bu günə Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları 11 milyard 737,6 milyon ABŞ dolları təşkil edib.

İqtisadiyyat.az banka istinadən xəbər verir ki, bu, iyunun 1-i ilə müqayisədə 0,2 % çoxdur.

AMB-nin valyuta ehtiyatları ilin əvvəlinə nisbətən 1,1 %, son 1 ildə isə 27,6 % artıb.