“Naxçıvan Bank” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağının qərarına əsasən, Azərbaycan Mərkəzi Bankına müraciət və qurumun qabaqcadan yazılı razılığına əsasən Bankın “E-kredit" MMC bank olmayan kredit təşkilatına (BOKT) çevrilməsinə başlanılıb.

İqtisadiyyat.az bu barədə "Naxçıvan Bank"a istinadən xəbər verir.

Bankın kreditorları avqustun 24-nə qədər, iş günlər saat 10:00-dan 17:00-a qədər tələblərinin qeydə alınması üçün Naxçıvan şəhəri, Cəlil Məmmədquluzadə küçəsi, 27 (Baş ofis) və Bakı şəhəri, Xətai rayonu, Ağ şəhər, Fəvvarələr küçəsi, 1 ("Bakı" filialı) ünvanına müraciət edə bilərlər.