Taxıl müqaviləsinin yenilənmə ehtimalı var.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə BMT-nin Ümumdünya Ərzaq Proqramındakı (ÜƏP) mənbə TASS-a məlumat verib.

Qara Dəniz Taxıl Təşəbbüsü daha əvvəl iyulun 17-dək uzadılmışdı. Rusiyanın xarici işlər naziri Sergey Lavrov Rusiyanın kənd təsərrüfatı məhsullarının ixracına qoyulan məhdudiyyətlərin ləğvini nəzərdə tutan İstanbul sazişlərinin Rusiya üçün nəzərdə tutulan bəndləri işə başlamazsa, müqavilənin uzadılmayacağı ilə bağlı xəbərdarlıq edib.

Mənbə bildirib ki, ÜƏP İcraiyyə Şurasının bu yaxınlarda başa çatmış iclası çərçivəsində taxıl müqaviləsinin uzadılmas TASS mövzusu fəal şəkildə müzakirə olunub.

Mənbə həmçinin Türkiyənin taxıl sövdələşməsi üzrə danışıqlar prosesində xüsusi rolunu qeyd edib.