Birləşmiş Millətlər Təşkilatının (BMT) Ümumdünya Ərzaq Proqramı fevralın 20-də dayandırılan Qəzzanın şimalına təcili ərzaq yardımına bu gün yenidən başladığını, lakin bəzi problemlərlə üzləşdiyini açıqlayıb.

İqtisadiyyat.az dünya mediasına istinadən xəbər verir ki, 14 yük maşınından ibarət ilk ərzaq karvanı Qəzza nəzarət-buraxılış məntəqəsində 3 saatlıq gözləmədən sonra bölgəyə çatıb.

Məlumata görə, yük maşınlarından təxminən 200 tona yaxın ərzaq götürülüb.

 

Gözəl Həşimova