"Dünya daha güclü isti dalğalarına hazır olmalıdır".

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Ümumdünya Meteorologiya Təşkilatı (ÜMT) xəbərdarlıq edib.

Təşkilat son vaxtlar bütün dünyada, xüsusilə şimal yarımkürəsində təsirli olan həddindən artıq istilər barədə məlumat verib.

Məlumata görə, ABŞ-nin cənubunda, Şimali Amerikada, Asiyanın bəzi bölgələrində, Şimali Afrikada və Aralıq dənizində, eləcə də Avropa qitəsində təsirli olan temperatur bu həftə də uzun müddətdir davam edən ardıcıllığı qoruyaraq 40 dərəcədən yuxarı olub.

Təşkilat may, iyun və iyul aylarında dəniz səthi temperaturlarının rekord səviyyəyə çatdığını, isti dalğa səbəbiylə bəzi ölkələrdə milli temperatur rekordlarının qırıldığını və bu vəziyyətin davam edəcəyini bildirib.