Ukraynanın xarici işlər naziri Dmitro Kuleba 12 ölkədə diplomatik nümayəndəlik işçilərinin təhdidlər alması ilə bağlı səfirlərlə görüş keçiriləcəyini elan edib.

İqtisadiyyat.az-ın məlumatına görə, bu barədə o, instaqram səhifəsində məlumat verib.

“Bu günə qədər 12 ölkədə 18 təhdid hadisəsi yaşanıb: İspaniyada terror aktına cəhd, Macarıstan, Niderland, Polşa, Xorvatiya, İtaliya, Avstriya, Çexiya, Vatikan, Fransada çıxarılmış heyvan gözlərinin olduğu paketlərlə hədələr, Qazaxıstanda minalanma xəbərləri, eləcə də ABŞ-da şübhəli məktub”, - o yazıb.