Ukrayna Müdafiə Nazirliyinin bu il üçün büdcə kəsiri 36% və ya 11,33 milyard dollar təşkil edir.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Ukrayna parlamentinin üzvü Aleksiy Qonçarenko "Telegram"dan bildirib.

Ukrayna parlamentinin vergi komitəsinin rəhbəri Danilo Hetmantsev daha əvvəl bildirib ki, Ukraynanın dövlət büdcəsi ciddi şəkildə xarici yardımdan asılıdır və Kiyev ilin sonuna qədər qrant və güzəştli kreditlər şəklində təxminən 9,5 milyard dollar maliyyə dəstəyi cəlb etməlidir.

Qeyd edək ki, noyabrın sonunda Ukrayna prezidenti Volodimir Zelenski 43 milyard dollardan çox kəsirlə ölkənin builki dövlət büdcəsini təsdiqləyib.

 

Gözəl Həşimova