Moskvada bir binada pilotsuz uçuş aparatının hücumundan sonra baş verən partlayış nəticəsində bir nəfər xəsarət alıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin məlumatında qeyd edilib.

"Partlayış nəticəsində Oko-2 binasının mühafizəçisi yaralanıb. Pilotsuz vasitənin hücumu nəticəsində birinci mərtəbədən dördüncü mərtəbəyə qədər şüşələr qırılıb", - mənbə bildirib.

Bundan əvvəl Moskva meri Sergey Sobyanin şəhərin Ukraynaya məxsus pilotsuz uçuş aparatlarının hücumuna məruz qaldığını bildirmişdi. O, qeyd etmişdi ki, Moskva şəhərinin iki inzibati binasının fasadlarına cüzi ziyan dəyib. Ölən və yaralananlar olmayıb.

Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, iyulun 30-da səhər saatlarında Ukrayna pilotsuz vasitələrlə Moskvaya hücum etməyə cəhd edib, onlardan biri Odintsovo rayonu ərazisində havada məhv edilib, digər ikisi isə Moskva şəhərində qəzaya uğrayıb. Paytaxtın Vnukovo hava limanı insidentlə əlaqədar gediş-gəliş üçün bağlanıb.