Birləşmiş Millətlər Təşkilatı (BMT) Ukraynanın enerji sistemində fövqəladə vəziyyət elan edib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə BMT baş katibinin mətbuat katibinin müavini Fərhan Haq brifinqdə bildirib.

Onun sözlərinə görə, Ukraynanın enerji istehsal gücü 2022-ci ilə qədərki səviyyə ilə müqayisədə demək olar ki, 50% azalıb: “Ukraynanın elektrik şəbəkəsi hələ də zəif və məhdud təhlükəsizlik həddi ilə fövqəladə rejimdə çalışır. Ölkənin enerji sistemi son dərəcə həssas vəziyyətdə qalır".