Ukrayna Təhlükəsizlik Xidmətinin materialları əsasında deputat Nestor Şufriç dövlətə xəyanətdə ittiham olunub. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə NSS-in "Telegram" kanalında məlumat verilib.

Bildirilib ki, deputatı 15 ilə qədər həbs gözləyir.

Hüquq-mühafizə orqanlarının nümayəndələri hesab edirlər ki, Şufriç FSB-nin agenti olan Vladimir Sivkoviçlə sıx əməkdaşlıq edib.