Ukraynada kiçik və orta müəssisələrin beşdə biri bu ilin əvvəlindən fəaliyyətini dayandırıb.

İqtisadiyyat.az TASS-a istinadən xəbər verir ki, bu barədə "Advanter Group" marketinq şirkəti araşdırma aparıb.

Məlumata əsasən, kiçik və orta sahibkarlar ölkədə iqtisadi vəziyyətin yaxşılaşdırılması üçün perspektiv görmürlər. Araşdırmanın nəticələrinə görə, bu ilin ilk beş ayı ərzində Ukraynada müəssisələrin 21,1%-i öz işini dayandırıb. Müəssisələrin daha 8,4%-i isə nəzərdə tutulmuş səviyyə ilə müqayisədə işlərinin həcmini artırıblar.

Ümumilikdə, bu ilin yanvar-may ayları ərzində Ukraynada kiçik müəssisələr iş həcmi planını 71,6% yerinə yetiriblər.