Ukraynada son sutkada koronavirusa daha 646 yoluxma faktı qeydə alınıb.

“Report” UNİAN-a istinadən xəbər verir ki, bunu ölkənin Milli Təhlükəsizlik və Müdafiə Nazirliyi açıqlayıb.

Ukraynada son sutkada 18 nəfər koronavirusdan ölüb. Bununla da COVID-19-a yoluxanların sayı 43 628-ə, qurbanların sayı isə 1 147-yə yüksəlib.

İndiyədək 19 027 pasiyent virusdan sağalıb.