Ukraynanın baş naziri Denis Şmıqal Ukrayna taxılının tədarükü məsələsində Polşadan kömək istəyib.

İqtisadiyyat.az xəbər verir ki, nazir bu barədə Telegram səhifəsində yazıb:

“Mən Polşalı qardaşlarımıza müraciət etmək istəyirəm. Sizi şüarlara və populizmə boyun əyməməyə çağırırıq. Mən polyakları Ukraynaya kömək etməyə çağırıram.”

Qeyd edək ki, iyulun 17-də Ukrayna lideri bildirib ki, Rusiya olmasa belə, Qara dəniz dəhlizindən istifadə etmək üçün hər şey edilməlidir.