Ukraynanın ixracı taxıl sövdələşməsinin dayandırılması səbəbilə 2 dəfə azalacaq.

Bu barədə İqtisadiyyat.az "Bloomberg"ə istinadən xəbər verir.

Məlumata görə, sazişin dayandırılmasına görə Ukrayna taxılının daşınması üzrə marşrutlar dəyişib. Buna görə də Ukraynanın aylıq ixrac potensialı yarıya qədər azaldacaq. Bildirilib ki, Rusiyanın taxıl sazişindən çıxması Ukraynanı taxıl daşınması üçün daha uzun və bahalı marşrutlar axtarmağa məcbur edib.