Ukrayna Prezidenti Vladimir Zelenskinin növbəti həftə İrlandiyaya baş tutacaq səfərində Rusiya-Ukrayna müharibəsi, eləcə də bu ölkənin Ukraynaya yardımı müzakirə olunacaq.

İqtisadiyyat.az-ın “The Guardian“a istinadən xəbərinə görə, onun baş nazir Saymon Harrislə görüşü planlaşdırılır.

O da bildirilir ki, İrlandiya hökumətinin başçısı qeyri-qanuni olaraq Rusiyaya aparılan ukraynalı uşaqların geri qaytarılmasında köməklik göstərilməsini təklif edəcək.

V. Zelenskinin bunun ardınca Londona yola düşəcəyi, burada isə Avrozona ölkələrinin liderləri qarşısında çıxışı gözlənilir.