Ukraynanın xarici işlər naziri Dmitro Kuleba Birləşmiş Millətlər Təşkilatının (BMT) ölkəsinin ərazi bütövlüyü və suverenliyi ilə bağlı gələcək qətnamələrində Pakistanın Kiyevin lehinə səs verəcəyinə ümid etdiyini bildirib.

İqtisadiyyat.az dünya mətbuatına istinadən xəbər verir ki, rəsmi səfər çərçivəsində gəldiyi Pakistanda “Dawn” qəzetinə danışan Kuleba Pakistanı dost ölkə kimi xarakterizə edib.

O, baş nazir Şahbaz Şərif və xarici işlər naziri Bilaval Bhutto Zərdari ilə görüşlərinin “çox səmimi” olduğunu bildirib.

Kuleba Birləşmiş Millətlər Təşkilatının (BMT) Ukraynanın ərazi bütövlüyü və suverenliyi ilə bağlı gələcək qətnamələrində Pakistanın Kiyevin lehinə səs verəcəyinə ümid etdiyini bildirib.

Qeyd edək ki, bundan əvvəl Pakistan BMT-nin "Rusiyanın Ukraynaya təcavüzünü pisləyən" qətnamələrində 3 dəfə bitərəf qalıb.

Kulebanın Pakistana gəlişi 1992-ci ildə iki ölkə arasında diplomatik əlaqələrin qurulmasından sonra xarici işlər naziri səviyyəsində ilk səfər olub.