"Ukrayna və digər ölkələr Rusiya olmadan taxıl ixracını bərpa etmək üçün danışıqlar aparır".

İqtisadiyyat.az xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Dmitro Kuleba bildirib.

Ukraynanın xarici işlər naziri Kuleba Nyu-Yorkda Birləşmiş Millətlər Təşkilatının (BMT) binasında mətbuata açıqlama verib.

Rusiyanın Qara Dəniz Taxıl Dəhlizi Müqaviləsini ləğv etdikdən sonra Ukrayna taxılının qlobal bazarlara çatdırılmasının vacib olduğuna işarə edən Kuleba bunun üçün “siyasi iradə”nin lazım olduğunu qeyd edib.

Bunun asan bir vəziyyət olmadığını vurğulayan Kuleba bildirib: “Rusiya razılaşmadan çıxdı. Türkiyə, BMT, Ukrayna və digər ölkələr ya mövcud çərçivədən istifadə edə, ya da yeni təşəbbüs irəli sürə bilər. Təbii ki, ən böyük problem Rusiyanın taxıl daşıyan gəmini vurması ehtimalıdır. Bütün variantlar müzakirə olunur”.

Mövcud vəziyyətin davam etdirilə bilməyəcəyinə işarə edən Kuleba, "Risk almalıyıq və Rusiya olmadan da davam edə biləcəyimizi göstərməyi bacarmalıyıq", - deyə vurğulayıb.