Ukrayna hakimiyyəti bu il ölkənin təhlükəsizliyi və müdafiəsi üçün 50 milyard dollardan çox vəsait ayıracaq.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Baş nazir Denis Şmıqal "Telegram" səhifəsindən məlumat yayıb.

“Ukrayna keçən il iqtisadiyyatı müharibə vəziyyətinə saldı. Bütün sülh dövrünün büdcəsi Silahlı Qüvvələr üçün lazım olan hər şeyin alınmasına və yaradılmasına yönəldilib”, - deyə Baş nazir qeyd edib.

 

Gözəl Həşimova