"Sevastopolda Manqanari burnu yaxınlığında Ukraynaya aid pilotsuz uçuş aparatı vurulub. Bu, gecə ərzində vurulan sayca 9-cu PUA olub".

İqtisadiyyat.az xəbər verir ki, bu barədə şəhər qubernatoru Mixail Razvojayev "Telegram" kanalında yazıb.

"Yenilənmiş məlumatlara görə, Manqanari ərazisində daha bir pilotsuz uçuş aparatı vurulub. Ümumilikdə, bu gecə iki PUA vurulub, beşi isə elektron vasitələrlə zərərsizləşdirilib. İki yerüstü pilotsuz uçuş aparatı da kənar yolda məhv edilib", - Razvojayev yazıb.

Bundan əvvəl o, Hava Hücumundan Müdafiə, Hərbi Dəniz Qüvvələri və elektron döyüş bölmələrinin Xerson burnu, Sevastopol körfəzi və Balaklava yaxınlığında dəniz üzərində qarşı tərəfin pilotsuz uçuş aparatlarının Sevastopola planlanan hücumunu dəf etdiyini bildirmişdi.