"Konqreslə məsləhətləşmələrdən və ukraynalı pilotlar üçün təlimlər başa çatdıqdan sonra ABŞ Ukraynaya "F-16" qırıcı təyyarələri verəcək".

İqtisadiyyat.az  xəbər verir ki, bu barədə Pentaqonun mətbuat katibinin müavini Sabrina Sinq bildirib.

"Ukrayna "F-16" almaq üçün bir sıra şərtləri yerinə yetirməlidir. Belə ki, pilotlar ingilis dilini bilməlidirlər və Ukrayna yerdə lazımi maddi-texniki bazanın olmasını təmin etməlidir. Bu meyarlar yerinə yetirildikdən sonra ABŞ transferi təsdiqləyə biləcək", - deyə o, vurğulayıb.

 

Gözəl Həşimova