Ukrayna Avropa İttifaqının 2022-2023-cü illərdə verdiyi 29,6 milyard avroluq birbaşa iqtisadi və büdcə yardımından 27,6 milyard avrosunu qaytarmalı olacaq.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının Ukraynaya yardımla bağlı statistik sənədində deyilir.

Qeyd olunur ki, 2022-ci ildə Aİ büdcəsində 11,6 milyard avro yardım, 7,2 milyard avro makro-maliyyə yardımı, 2 milyard avro qrantlar şəklində və 2,4 milyard avro kreditlər şəklində təşkil edib.

Bildirilib ki, Aİ Ukraynaya bu il 18 milyard avro dəyərində misli görünməmiş yardım paketi təqdim edib və bunun 15 milyard avrosu artıq köçürülüb.

 

Gözəl Həşimova