"Qarabağ”ın 2021/2022 mövsümündə avrokuboklardan əldə etdiyi gəlir məlum olub.

İqtisadiyyat.az UEFA-nın hesabatına istinadən xəbər verir ki, Ağdam klubu Konfrans Liqasının qrup mərhələsindəki çıxışına görə ümumilikdə 6 524 000 avro qazanıb.

Bunun 2 940 000 avrosu iştirak haqqı kimi Azərbaycan çempionunun hesabına köçürülüb. Bundan başqa, “Qarabağ”a qrupdakı performansına görə 2 344 000 avro, əmsala görə 935 000 avro, pley-offa çıxdığı üçün 300 000 avro, reklamlardan isə 10 000 avro pul ödənilib.

Yekun məbləğdən 5 000 avro müəyyən xərclərə çıxılıb.

Qeyd edək ki, “Qarabağ” ötən mövsüm Konfrans Liqasında qrup mərhələsini 2-ci pillədə tamamlayaraq pley-offa vəsiqə qazansa da, Fransa “Marsel”inə uduzaraq (1:3, 0:3) mübarizəni dayandırmışdı.