"Real" ötən mövsüm Çempionlar Liqasını qalibi olduqdan sonra 133,7 milyon avro qazanıb.

İqtisadiyyat.az ESPN-ə istinadən xəbər verir ki, Madrid klubu son avrokubokların nəticələrinə görə UEFA-dan ən böyük məbləği alıb.

İkinci yerdə Çempionlar Liqasının finalına yüksələn “Liverpul” (120 milyon ) qərarlaşıb. 100 milyon avrodan çox qazanan daha iki komanda “Bavariya” ( 110 milyon) və “Mançester Siti” dir (109 milyon). PSJ 92 milyon, "Çelsi" 91,9 milyon alıb.

Çempionlar Liqasının qrup mərhələsinin iştirakçıları orta hesabla 61,8 milyon avro qazanıblar. Ən az məbləğ "Şerif" alıb - 23,7 milyon avro.

“Barselona” Çempionlar Liqasında oynadığı üçün UEFA-dan 64,6 milyon avro, Avropa Liqasının pley-off mərhələsində iştirakına görə isə 6,4 milyon avro qazanıb. Avropa Liqasında ən çox qazanan turnirin qalibi "Ayntraxt"dır (38 milyon avro).

UEFA Konfrans Liqasının bütün iştirakçıları arasında 235 milyon avronu bölüb. Qalib "Roma" 19,2 milyon avro ilə mükafatalandırılıb