2023/2024-cü illər mövsümündə UEFA Çempionlar Liqası, Avropa Liqası və UEFA Avropa Konfrans Liqasında iştirak edən Azərbaycan klubları üçün UEFA tərəfindən pul vəsaiti ayrılıb.
İqtisadiyyat.az xəbər verir ki, həmin vəsait AFFA-nın vasitəçiliyi ilə müvafiq klubların hesabına köçürülüb:
“Qarabağ” – 5 876 000 (beş milyon səkkiz yüz yetmiş altı min) avro
“Neftçi” – 650 000 (altı yüz əlli min) avro
“Sabah” – 650 000 (altı yüz əlli min) avro
Cəmi: 7 176 000 (yeddi milyon yüz yetmiş altı min) avro