İtaliya A Seriyasının komandalarından olan "Udineze" Kahramanmaraşda zəlzələdən zərər çəkənlərə dəstək olmaq üçün "Sassuolo" ilə oynadığı matçda geyindiyi formaları satıb.

İqtisadiyyat.az xəbər verir ki, türk futbolçu Tolqay Arslanın oynadığı “Udineze” Kahramanmaraş zəlzələlərindən zərər çəkənlərə dəstək kampaniyasına başlayıb.

"Türkiyə və Suriyada baş verən zəlzələnin yaratdığı böyük faciədən sonra "Udineze" yeni kömək kampaniyasına başlayır. 12 fevralda başlayan hərrac fevralın 18-də başa çatacaq. Əldə edilənlər ehtiyacı olanlara çatdırılacaq."