"Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarovu və onu müşayiət edən nümayəndə heyətini Prezident Administrasiyasında qonaq etdik".

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz tvitter hesabından paylaşımında bildirib. 

"Əziz qardaşımız və əziz dostumuz olan Azərbaycanla əməkdaşlığımızı bundan sonra da hər sahədə inkişaf etdirəcəyik.

Bu münasibətlə bütün azərbaycanlı qardaşlarıma salamlarımı və sevgilərimi çatdırıram", - C.Yılmaz əlavə edib.