Türkiyə Statistik Komitəsi bu ilin iyul-sentyabr dövrünə dair turizm statistikalarını açıqlayıb.

"Marja" xəbər verir ki, Türkiyənin turizm gəliri, 2019-cu ilin 3-üncü rübündə keçən ilin eyni dövrü ilə müqayisə 22% artaraq 14 milyard 31 milyon 122 min dollar təşkil edib. 

Turistlər adam başına ortalama 649 dollar xərcləyiblər.