“İsveç NATO üzvlüyünə nail olmaq üçün üzərinə düşən öhdəlikləri yerinə yetirməlidir. Xüsusilə, Stokholm üçtərəfli memoranduma əməl etməlidir”.

İqtisadiyyat.az xəbər verir ki, bunu Türkiyənin müdafiə naziri Yaşar Gülər ​​deyib.

“İkitərəfli görüşlərimizdə biz müttəfiqlərimizə bildirdik ki, İsveç üçtərəfli memorandumda göstərilən öhdəlikləri yerinə yetirərsə, Finlandiya kimi NATO üzvü ola bilər”-deyə, o bildirib.