Türkiyənin milli müdafiə naziri Yaşar Güler ​​NATO Müdafiə Nazirlərinin yığıncağına ikinci gün keçirilən sessiyada qatılıb.

İqtisadiyyat.az  xəbər verir ki, məlumatı Türkiyənin Müdafiə Nazirliyi yayıb.

Məlumata görə, Yaşar Güler Alyansın Toplantısının ikinci günündə keçirilən iclasda iştirak etmək üçün NATO Baş Qərargahına gedib. Onu Türkiyənin NATO-dakı Daimi Nümayəndəsi səfir Zeki Levent Gümrükçü, Türkiyə NATO-dakı Hərbi Nümayəndəliyi Komitəsinin sədri general-leytenant Göksel Kahya və başqa rəsmilər qarşılayıb.

Bildirilib ki, salonda o, ABŞ-ın müdafiə naziri Llyod Austin və Norveçin müdafiə naziri Byorn Arild Gram başda olmaqla həmkarları ilə görüşərək sessiyadan sonra müdafiə nazirlərinin iştirakı ilə keçirilən “ailə şəkli” çəkilişinə qatılıb.