Mersinin Gülnar rayonunda və Osmaniyyenin Amanos dağlarında 1200 hündürlükdə yerləşən Dumanlı yaylasının meşəlik ərazilərində naməlum səbəbdən yanğın baş verib.

İqtisadiyyat.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, xəbərdarlıqdan sonra Mersindəki yanğınlara müdaxilə etmək üçün 3 və Osmaniyyede 1 yanğınsöndürmə vertolyotu, çoxlu sayda su daşıyan texnikalar, ilk müdaxilə vasitələri və Meşə Region Müdirliyi qrupları bölgəyə sövq edilib.

Ekipajlar yanğına havadan və yerdən müdaxilə etməyə davam edir.