Yaz fəsli gəlsə də qışın təsiri hələ də özünü göstərir. İqtisadiyyat.az-ın türk mediasına istinadən verdiyi məlumata görə, belə ki, Türkiyənin Van bölgəsinin Başkələ rayonunda aramsız yağan qar nəticəsində yolun üzəri 8 metr hündürlüyündə qarla örtülüb. İranla sərhəddə və rayon mərkəzindən 60 km məsafədə yerləşən Əsənyamac qəsəbəsi əsasən dağlıq ərazilərdir. Qəsəbənin yüksəkliklərində aramsız yağan qar əksər hallarda uçquna səbəb olur və nəqliyyatın işinə mənfi təsir edir. Qarla mübarizə qrupları yola düşən uçqunu aradan qaldırmaq üçün tədbirlər görüblər. Heç bir insan tələfatı olmayan hadisə zamanı yolun 8 metr qarla örtülməsi işçilərə çətin anlar yaşadıb. 2 gün gecə-gündüz dayanmadan çalışan təmizlik heyəti nəhayət yolu açmağa nail olublar.