Antalyanın Kaş və Muğlanın Köyceğiz rayonları 45,9 dərəcə ilə Türkiyənin ən isti yeri olub.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Meteorologiya Müdirliyi məlumat yayıb. 

Havanın temperaturunun 40 dərəcədən yuxarı olduğu bu bölgələrdə həm şəhər sakinləri, həm də istirahət edənlər çətin anlar yaşayıb.

Xüsusilə izdihamlı görünüşü ilə diqqət çəkən Antalyanın Konyaaltı çimərliyində sıxlığın az olduğu müşahidə edilib. Dünən ölçülən temperatur göstəricilərinə görə, Türkiyənin ən isti yeri 45,9 dərəcə ilə Antalyanın Kaş rayonundakı Çavdır Meşə Sahəsi və Muğlanın Köyceğiz rayonundakı Zeytinalanı Meşə Anbarı olub.