İş adamı Engin Yaqut, 2013-ci ildə İstanbulda 170 min avroya aldığı Land Rover markalı avtomobilin mühərrikin vintlərinin qırılması nəticəsində, yararsız hala gəldiyini iddia edərək mübarizəni qazanıb.

Engin Yaqutun vəkili Sərdar Öktəm, təxminən 6 ildir müvəkkilinin Britaniyalı avtomobil nəhəngi üçün açdığı iddianı qazandığını açıqlayıb. Türk məhkəməsi, ingilislərin “Jaguar Land Rover” marka və “Range Rover Vogue” model SUV mühərrikinin səhv istehsal edildiyinə dair hökm oxuyub. İqtisadiyyat.az türk mediasına istinadən bildirir ki, bu, dünyada müştərinin avtomobil istehsalçısı üzərində uğur qazandığı ikinci iddia olaraq, tarixə düşüb.

Vəkil Sərdar Ötkəm, müvəkkilinin avtomobilin yaranan problemə görə yenisi ilə əvəz olunmasını istədiyini, lakin bu istəyin yerinə yetirilmədiyi üçün məhkəməyə iddia qaldırıldığını bildirib. Məhkəmə prosesi zamanı hakim adıkeçən firmanın qüsurlu olduğu qənaətinə gələrək, Engin Yaquta 397 min 800 lirə faizi ilə birgə ödənilməsini istəyib. Vəkil Sərdar Ötkəm, müvəkkilinin dünya şöhrətli avtomobil istehsalçısına açdığı təzminat davasını 6 il sonra, fevralın 28-də qazandığını bildirib.

 

Mehman Nəbiyev