Türkiyədə 4 bal gücündə zəlzələ baş verib.

Trend-in Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, yeraltı təkanların episentri Malatya əyalətinin Pütürge rayonunda, ocağı isə 5 kilometr dərinlikdə yerləşib.

Türkiyənin Təbii Fəlakətlər və Fövqəladə Hallar İdarəsi (AFAD) öz növbəsində bildirir ki, zəlzələnin manitudası 3,9 bal olub.

Xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.