Aralıq dənizinin Türkiyə sahillərində Marmaris bölgəsi yaxınlığında 4,4 bal gücündə zəlzələ baş verib. Bu barədə “HaberGlobal” Fövqəladə Halların İdarə olunması Agentliyinə (AFAD) istinadla məlumat yayıb. Bildirilir ki, zəlzələ Yunanıstanın Dodekaness adalarının 79,62 km, Türkiyənin Marmaris rayonunun isə 161 km yaxınlığında qeydə alınıb. Zəlzələnin episentri 18,90 km dərinlikdə yerləşib.