Türkiyə təhlükəsizlik qüvvələri Şırnak bölgəsində terrorçulara qarşı əməliyyat keçirib.

İqtisadiyyat.az  xəbər verir ki, bu barədə Türkiyə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Şırnakın Güçlükonak rayonunun Qabar dağı bölgəsində keçirilən əməliyyat nəticəsində 3 terrorçunun zərərsizləşdirildiyi bildirilir.

Əməliyyatda pilotsuz uçuş aparatlarından da istifadə edildiyi qeyd olunur.