Türkiyənin Bursa şəhərinin Karacabey rayonu, Yenikarağaç məhəlləsindəki plastik fabrikində yanğın baş verib. 

İqtisadiyyat.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, yanğında 7 min kvadratmetr sahə yanaraq kül olub.

Bölgəyə yanğınsöndürənlər və xilasedicilər sövq edilib. 

20 yanğınsöndürən maşını, AFAD-ın kimyəvi, bioloji, radioloji və nüvə (KBRN) mütəxəssisləri və çoxlu sayda yanğınsöndürən yanğına müdaxilə edir.