Türkiyədə ötən ilin may ayından etibarən mənzillər 45% bahalaşıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Türkiyə Mərkəzi Bankı məlumat dərc edib.

Məlumata görə, Türkiyədə orta hesabla bir kvadratmetr mənzil təxminən 1144 dollara başa gəlir. İstanbulda bu rəqəm 1747 dollar, Ankarada 856 dollar, İzmirdə isə təxminən 1315 dollardır.

 

Gözəl Həşimova