Türkiyədə koronavirusdan ölənlərin sayı 3 894 nəfərə çatıb.

Bu barədə ölkənin Səhiyyə naziri Fahrettin Koca bildirib. 

O, qeyd edib ki, bu gün COVID-19-dan daha 53 nəfər ölüb. Ölkədə ümumilikdə 3 894 nəfər virusun qurbanı olub.

Son 24 saatda ölkədə virusa 1 704 yoluxma qeydə alınıb. Habelə virusa yoluxmuş 3 109 nəfər sağalıb. Bununla da koronavirusdan sağalanların sayı 98 889 nəfərə çatıb.