Türkiyədə son 24 saatda 1356 nəfər yeni növ koronavirusa yoluxub.
Bu barədə Türkiyənin Səhiyyə Nazirliyindən məlumat verilib. Son rəqəmlərə görə, Türkiyədə son sutka ərzində 15 nəfər COVİD-19 səbəbilə dünyasını dəyişib. Nəticədə ölkədə yeni növ koronavirusdan ölənlərin sayı 5 min 97-yə, ümumi yoluxanların sayı isə 197 min 239-a çatıb. 170 min 595 nəfər isə sağalaraq evə buraxılıb.