Türkiyə Statistika Təşkilatı (TÜİK), 2018-ci ilin "İşgüzar Statistikaları”nı açıqladı. Açıqlamaya görə, Türkiyədə 15 və yuxarı yaşda olan işsizlərin sayı 2018-ci ildə əvvəlki ilə nisbətən 83 min artımla 3 milyon 537 min nəfəri əhatə edib. İqtisadiyyat.az türk mediasına istinadən xəbər verir ki, işsizlik səviyyəsi yüzdə 0,1 bal artaraq yüzdə 11-ə çıxıb.İşsizlik səviyyəsi kişilərdə yüzdə 0,1 bal artaraq yüzdə 9,5, qadınlarda isə yüzdə 0,2 bal artaraq yüzdə 13,9 olub.

Eyni ildə, qeyri-aqrar  işsizlik nisbəti əvvəlki ilə görə yüzdə 0,1 bal düşmə ilə yüzdə 12,9 olaraq qiymətləndirilir. 15-24 yaş qrupundakı gənclərin işsizlik nisbəti yüzdə 0,5 bal azalaraq yüzdə 20,3 ikən, 15-64 yaş qrupu yüzdə 0,1 bal artaraq yüzdə 11,2 təxmin edilib.

2018-ci ildə işləyənlərin sayı əvvəlki illə müqayisədə 549 minlik artımla 28 milyon 738 min nəfər, məşğulluq isə 0,3 faiz artaraq 47,4 faizədək artmışdır. Kişilərdə məşğulluq səviyyəsi yüzdə 0,1 bal artaraq yüzdə 65,7, qadınlarda yüzdə 0,5 artımla yüzdə 29,4 qeydə alınıb.

Bu il aqrar sektorda çalışanların sayı 167 min azalarkən, qeyri-aqrar sektorda çalışanların sayı isə 717 minə yüksəlib.  İşləyən əhalinin göstəriciləri aqrar  sektorda 18,4 faiz, sənaye sektorunda 19,7 faiz, tikinti sahəsində 6,9 faiz, xidmətlər sektorunda isə 54,9 faiz olub. Əvvəlki ilə nisbətən xidmət sektorunun məşğuliyyətdəki payı 0,8 bal, sənaye sektorunun payı 0,6 bal artarkən, aqrar sektorun payı 1 bal, tikinti sektorunun payı isə 0,5 bal azalıb.

İşçi qüvvəsi 2018-ci ildə 631 min nəfər artaraq 32 milyon 274 min nəfər, işçi qüvvəsinə qatılma səviyyəsi isə 0,4 faiz artımla 53,2 göstərici əldə edib. İşçi qüvvəsinə qoşulma nisbəti kişilərdə 0,2 bal artaraq yüzdə 72,7, qadınlarda yüzdə 0,6, artaraq yüzdə 34,2 reallaşıb.

Ən yüksək işsizlik nisbəti yüzdə 25 ilə TRC3 (Mardin, Batman, Şırnak, Siirt) ikən, ən aşağı işsizlik nisbəti yüzdə 5,1 ilə TR82 (Kastamonu, Çankırı, Sinop) göstərilib.
Ən yüksək məşğulluq səviyyəsi TR21 (Təkirdağ, Ədirnə, Qırxlareli) bölgəsində yüzdə 55,3 ilə reallaşıb. Ən aşağı məşğulluq səviyyəsi TRC3 (Mardin, Batman, Şırnak, Siirt) bölgəsində yüzdə 30,5 göstərici ilə qeydə alınıb.
İş gücünün ən yüksək göstəricisi TR21 (Təkirdağ, Ədirnə, Qırxlareli) Regionunda yüzdə 59,7 ilə reallaşıb. İş gücünün ən az iştirak nisbəti TRC3 (Mardin, Batman, Şırnak, Siirt) bölgəsində yüzdə 40,7 ilə reallaşıb.
 
Mehman Nəbiyev