Türkiyədə ötən ay illik inflyasiya 64,77%-ə çatıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Türkiyə Statistika Təşkilatının (TÜİK) məlumatında deyilir.

Məlumata görə, ötən ay ölkədə aylıq inflyasiya 2,93% artıb.

Hesabat dövründə ən yüksək artım 93,24% ilə restoran və otellər qrupunda olub. Ən az artım göstərən qrup isə 1,33% ilə geyim və ayaqqabı olub.

 

Gözəl Həşimova