Dollar/lirə məzənnəsində, cümə axşamı Mərkəzi Bankın faiz qərarını gözlənildiyi halda dünən məzənnə 5.65-dən 5.69-a qalxıb. ABŞ Türkiyə münasibətləri izləndiyi bu dövrdə Ceyms Cefri və ABŞ-ın digər səlahiyyətli nümayəndələri Ankaraya gəlir. Dolların kursu bu həftə rəzində 5.6785 lirə ilə başlayıb cüzi artımla 5.69-la yekunlaşıb.

İqtisadiyyat.Az türk mediasına istinadən xəbər verir ki, dollar/TL məzənnəsində əsas diqqət Mərkəzi Bankın 25 iyul faiz qərarına yönəlib. ABŞ prezidenti Donald Trampın Türkiyəyə sanksiya mövzusundə verdiyi ilk açıqlamaların müsbət olmasından sonra düşən dollar kursu, dünən 5.65-5.69 arasında dəyişib.

ABŞ-ın Suriyaya özəl təmsilçisi Ceyms Cefri başda olmaqla amerikalı nümayəndələrin bu gün və sabah Ankarada edəcəyi görüşlər də yaxından izlənilir.

Tramp, hakimiyyətinin Türkiyənin Rusiyadan S-400 havadan müdafiə sistemləri almasından sonra Türkiyəyə sanksiya qərarı verib-verməyəcəyi mövzusunda bazarlara aydın olmayan açıqlama vermişdi.

Bank ekspertləri ABŞ-la əlaqələrin yaxından izlənməyə davam edildiyini, bu həftə Avropa, gələn həftə ABŞ Mərkəzi Bankının qərarlarının yaxından izlənəcəyini, bazarların nəzərinin Türkiyə Cümhuriyyətinin Mərkəzi Bankının faiz qərarında olacağını bildiriblər.

Dollar kursu, 23 iyulda 5.6785 səviyyəsindən günə başlayıb cüzi artımla 5.69 arasında dəyişir. Avro isə 6.37 lirə təşkil edir.

 

Mehman Nəbiyev