Kocaelidə dənizi çirkləndirdiyi təsbit edilən İtaliya bayraqlı neft gəmisinə 11 milyon 301 min 601 TL cərimə kəsilib.


İqtisadiyyat.az xəbər verir ki, Kocaeli Regional Liman İdarəsi tərəfindən İzmit körfəzində həyata keçirilən müntəzəm yoxlamalar zamanı İtaliya bayraqlı neft gəmisinin dənizdə tullantı buraxdığı müəyyən edilib.

Adının Grande Ellade olduğu öyrənilən, 52 min 589 brüt ton tutumlu Ro-Ro gəmisinə 11 milyon 301 min 601 TL cərimə kəsilib.